Musiqidir bu dünyanın ləzzəti,
Musiqidir xoş günlərin müjdəsi.
Musiqidən qüvvət aldım, ucaldım
Musiqilə yaşadım mən, yaratdım.
Xoş duyğularım oldu musiqi mənim.
Qaynar çeşməm oldu musiqi mənim,
Eşqim, məhəbbətim, musiqim mənim
Musiqilə yaşadım mən, yaratdım.
**
Musiqilə oyandım mən səhərlər,
Musiqilə gecələr yuxuya getdim.
Musiqilə ağladım da, güldüm də,
Musiqilə yandımda mən, söndümdə.
***
Dinlə məni, ey bəşərin övladı!
Musiqidir təmiz eşqin baharı.
Musiqisiz gərək deyil insana
Məhəbbət də, təravətdə, ətir də.
****
Этот стихотворение о музыке души.



Коментарі